Avropa Rusiyadan mümkün hücumla bağlı narahatlıq keçirməməlidir, çünki bunun üçün heç bir əsas yoxdur.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban “Ultrahang” YouTube kanalına verdiyi müsahibədə səsləndirib.
“Ümumiyyətlə, Rusiyanın Qərbi Avropaya qarşı müharibəyə başlaması üçün məntiqli bir səbəb görmürəm”, – deyə Orban bildirib.
Macarıstan hökumət başçısı həmçinin vurğulayıb ki, Rusiya güclü nüvə dövlətidir, onu hərbi yolla məğlub etmək mümkün deyil.
Lakin buna baxmayaraq, ölkə əhali sayına, müdafiə xərclərinə və ümumi hərbi potensiala görə Avropa İttifaqı və NATO-dan geri qalır.