Orbandan sensasion AÇIQLAMA: “Təşəbbüslərim Ukraynada sülhün əldə olunmasını daha da yaxınlaşdıracaq”backend

Orbandan sensasion AÇIQLAMA: “Təşəbbüslərim Ukraynada sülhün əldə olunmasını daha da yaxınlaşdıracaq”

Macarıstan rəhbərliyi Ukraynadakı münaqişənin həlli üçün gözlənilməz təşəbbüslər irəli sürəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg baş nazir Viktor Orbana istinadən məlumat yayıb.

“Mənim ehtiyatda daha bir neçə sülhməramlı təşəbbüsüm var”, deyə o, əlavə edib.
Baş nazirin fikrincə, bu təşəbbüslərin hər biri Ukraynada sülhün əldə olunmasını daha da yaxınlaşdıracaq.

Agentlik xatırladır ki, Orbanın Ukrayna nizamlanması üzrə missiyası iyul ayında bir sıra görüşlərlə başlayıb. Xüsusən, macar siyasətçi Moskvada Rusiya prezidenti Vladimir Putin, Pekində Çin sədri Si Cinpin və Floridada Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla danışıqlar aparıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*