Hərbi xidmətdən imtina edənlər vətəndaşlıqdan məhrum oluna bilərbackend

Hərbi xidmətdən imtina edənlər vətəndaşlıqdan məhrum oluna bilər

Rusiyanın hakimiyyət orqanları hərbi qeydiyyata düşmək istəməyən kişilərin Rusiya vətəndaşlığından məhrum edilməsi məsələsini müzakirə edir.

KONKRET.az-ın məlumatına görə, “Moskva24” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov mətbuat konfransında bildirib.

“Adam gəlir, pasport alır və hərbi qeydiyyatdan qaçmağa başlayır. Borcundan qaçır, Vətənə olan borcunu qaytarmaq istəmir. Müvafiq olaraq, hərbi qeydiyyata düşmək istəmirsinizsə, pasportunuzu qoyun və sərbəstsiniz “, – RİA Novosti ondan sitat gətirir.

Kirirll Kabanov, əlavə edib ki, müəyyən yaşda hər bir rus hərbi xidmət üçün qeydiyyatdan keçməlidir. Eyni zamanda, Kabanov xatırladıb ki, qanun artıq hərbi xidmətdən imtinaya görə vətəndaşlıqdan məhrumetməni nəzərdə tutur.

Onun sözlərinə görə, artıq Rusiyanın dörd regionunda qeyri-qanuni miqrasiyanın təşkili ilə məşğul olan qruplara qarşı cinayət işi açılıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*