Çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklərbackend

Çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklər

Rusiyada orduya çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklər.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkətinin Təhlükəsizliyinin təmin edilməsi üzrə Baş İdarəsinin rəisi Mixail Çernikov bildirib.

Onun sözlərinə görə, orduya çağırışdan yayınan şəxslər sürücülük vəsiqəsi əldə etmək üçün olan imtahanı verə bilməyəcəklər.

Çernikov hərbi komissarlığa çağırışla bağlı bildirişə gəlməyən Rusiya Federasiyası vətəndaşlarının həmçinin sürücülük vəsiqələrini dəyişdirə və avtomobilləri qeydiyyatdan keçirə bilməyəcəklərini də söyləyib./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*