Orduya əcnəbiləri də cəlb edəcəklərbackend

Orduya əcnəbiləri də cəlb edəcəklər

Avstraliya xarici vətəndaşların orduya qəbul edilməsinin  mümkünlüyü barədə açıqlama verib.

KONKRET.az xəbər verir ki, Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles Avstraliya Silahlı Qüvvələrindəki 4400 nəfərlik boşluğu doldurmaq üçün addımlar atıldığını bəyan edib.

Ölkə xarici orduların təzyiqlərinə açıqdır. Bunu öz çıxışında ifadə edən Marles xarici ölkə vətəndaşlarının da orduya qatılmasına icazə veriləcəyini açıqlayıb.

Ordunun personal sayının 63 min 600-ə çatdırılmasına hədəflənən hökumət 2040-cı ilə qədər bu rəqəmi 80 minə çatdırmağı planlaşdırır. Marles qeyd edib ki, orduya qəbul yalnız ABŞ, İngiltərə, Avstraliya, Kanada və Yeni Zelandiyanın “Beş Göz” kimi tanınan kəşfiyyat alyansı və Avstraliyada yaşayış icazəsi olan şəxslərlə məhdudlaşır.

Avstraliyada yaşayan Yeni Zelandiyalılar, iyul ayından; ABŞ, Böyük Britaniya və Kanadalılar da 2025-ci ilin yanvarından orduya qoşula biləcəklər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*