Orqan köçürülmə əməliyyatının xərclərini kim qarşılamalıdır? – AÇIQLAMAbackend

Orqan köçürülmə əməliyyatının xərclərini kim qarşılamalıdır? – AÇIQLAMA

Bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib ki, orqan transplantasiyası, o cümlədən böyrək və qaraciyər köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınıb. Agentlik sədri bildirib ki, uşaqlarla bağlı bütün əməliyyatlar da xidmətlər zərfinə daxil edilib.

Bəs görəsən icbari tibbi sığorta üzrə xidmətlər zərfində orqan köçürmələri ilə bağlı hansı məqamlar nəzərə alınıb? Orqan Köçürülmə əməliyyatlarının xərcləri tam olaraq dövlət tərəfindən qarşılanacaqmı?

İcbari Tibbi Sığorta agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən KONKRET.az-a bildirildi ki, hələlik sənəd təsdiqlənməyib. Bu sənədin təsdiqindən sonra ictimaiyyətə məlumat veriləcək.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını həkim-radioloq Aydın Əliyev cavablandırıb. O bildirib ki, orqan köçürülməsi əməliyyatları İcbari Tibbi Sığorta tərəfindən qarşılanmalıdır: “Bu çox vacibdir. Çünki orqan köçürülməsi əməliyyatına gedənlər ağır xəstələrdir. Bu, estetik yox, həyati göstərişi olan bir əməliyyatdır. Düşünürəm ki, orqan transplantasiyası xərclərinin dövlət tərəfindən qarşılanması mütləqdir. Hələlik bu barədə detallar açıqlanmayıb və ictimaiyyətə məlum deyil. Lakin bu əməliyyat xərcləri dövlət tərəfindən qarşılanmalıdır deyə düşünürəm”.

Həkim bildirib ki, dünya təcrübəsində orqan köçürlməsi əməliyyatının bütün xərcləri dövlət tətərfindən qarşılanır: “Bu təcrübədən Azərbaycanda da istifadə oluna bilər və düşünürəm ki, belə də olmalıdır. Çünki əməliyyat yüksək maddi vəsait tələb edir. Xəstələrin bu əməliyyatın xərclərini qarşılamaq imkanı olmur”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*