Orxan Əsgərovun dəfni sabah olacaqbackend

Orxan Əsgərovun dəfni sabah olacaq

“Orxanın dəfni sabah olacaq”. 

KONKRET.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

Onun sözlərinə görə, bu gün 14:00 radələrində təyyarə Bakıdan İrana uçacaq:

“Cənazə axşam Bakıya gətiriləcək. Dəfnin sabah olacağına özüm qərar vermişəm. Övladım mənimdir, özüm bu qərara gəlmişəm”.

R.Əsgərov Orxanın orada bir ildən çox xidmət etdiyini bildirib:

“Ailəlidir. İki övladı var. Qızının 16, oğlunun səkkiz yaşı var. Cənazənin dəqiq nə vaxt gətiriləcəyi bilinmir”.

Qeyd edək ki, Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*