İspaniya La Liqasının 26-cı turunda “Osasuna”nı məğlub edən (2:0) “Barselona” unikal göstəriciyə imza atıb.
KONKRET.az xəbər verir ki, katalonların qollarını Jordi Alba və İlas Moriba vurub.
Bununla da “Barselona”nın bir mövsümdə 19 yaşınadək üç futbolçusu – Ansu Fati, Pedri və Moriba qol vurmağı bacarıb. Bu, La Liqada rekord göstəricidi.
Qeyd edək ki, hazırda “Barcelona” 56 xalla turnir cədvəlində ikinci sıradadır. Lider “Atletiko”nun isə 58 xalı var.
Loading...