Ötən gün 166 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmadıbackend

Ötən gün 166 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmadı

Noyabrın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 344 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 166 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*