Ötən gün 20 ov tüfəngi polisə təhvil verildibackend

Ötən gün 20 ov tüfəngi polisə təhvil verildi

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, noyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 ədəd tapança, 4 qumbara, 2 ədəd alışdırıcı, 4 patron darağı, 94 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 4 tüfəng, 1 ədəd patron darağı və 35 ədəd patron aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*