Ötən gün bank kartlarından 40 min manatdan çox pul talandıbackend

Ötən gün bank kartlarından 40 min manatdan çox pul talandı

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır: “Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar”.

Bildirilib ki, aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat (39504 manat) və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*