Ötən gün vətəndaşlardan götürülən silahların SAYI AÇIQLANDIbackend

Ötən gün vətəndaşlardan götürülən silahların SAYI AÇIQLANDI

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.

KONKRET.az-ın DİN-ə istinadən verdiyi xəbərə əsasən, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.

Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*