Ötən il ailəsinə qaytarılan uşaqların sayı AÇIQLANDIbackend

Ötən il ailəsinə qaytarılan uşaqların sayı AÇIQLANDI

Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində görülən işlər nəticəsində son bir ildə 38 uşaq müəssisələrdən öz ailəsinə qaytarılıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu ildən bu günə qədər isə 27 uşaq (14 oğlan və 13 qız) övladlığa verilib.

Onlardan beşi ögey ana – ögey ata, 17-si yaxın qohum tərəfindən, ikisi valideynlər arasında razılıq əsasında, üç uşaq isə dövlət uşaq müəssisəsindən övladlığa götürülüb. Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3 yaş, 16-sı 4-11 yaş, 1-i isə 12-18 yaş aralığında olanlardır.

Bildirilib ki, uşaqların övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması xüsusi diqqətdə saxlanır. Bu istiqamətdə ciddi nəzarət, övladlığa götürülən hər uşağın ailədəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*