Ermənistan parlamentində keçirilən ənənəvi brifinqlərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, erməni və Azərbaycan ictimaiyyəti nümayəndələrinin səfərləri qarşılıqlı xarakter daşıyır.
KONKRET.az xəbər verir ki, deputatın sözlərinə görə, bu cür səfərlər regionda sülh mühitinin möhkəmləndirilməsinə xidmət edir.
“Erməni və Azərbaycan cəmiyyətlərinin müxtəlif nümayəndələrinin, həm Ermənistanda, həm də Azərbaycanda görüşləri ardıcıl xarakter daşıyacaq”, – deyə Ovannisyan vurğulayıb.
Xatırladaq ki, fevralın 13-də Tavuş–Qazax istiqamətində Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasından sonra ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolla Ermənistana səfər edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
