Ovannisyan MN-dəki bu vəzifəsindən də İSTEFA VERDİbackend

Ovannisyan MN-dəki bu vəzifəsindən də İSTEFA VERDİ

Ermənistan Müdafiə nazirliyinin keçmiş sözçüsü, şöbənin kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri Arsrun Ovannisyan tutduğu vəzifədən istefa verib.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ovannisyan təxminən bir həftə əvvəl istefa ərizəsini yazıb.

İlkin məlumata görə, buna səbəb yeni müdafiə naziri Vaqarşak Arutyunyanla fikir ayrılığı olub.

Qeyd edək ki, Arsrun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlər barədə yalan məlumatlar verməsi ilə yadda qalıb. O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini “takitiki geri çəkilmə” adlandırırdı.

Lakin sonradan Ovannisyanın yalanları üzə çıxdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa verdi. Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü sonra iddia etdi ki, naməlum şəxslər ona hücum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*