Diqqət etmisinizsə, Baş nazirin velosiped sürməsi İsrail və Fələstində gərginliyin artması ilə eyni vaxta düşüb. Ola bilsin ki, bu addım işdən asudə vaxtlarda aktiv idmanla məşğul olmaq üçün düşünülüb ki, bu da enerji hasil etməyə, orqanizmi sakitləşdirməyə və beləliklə, Ermənistanın qarşısında duran vəzifələrin öhdəsindən daha yaxşı gəlməyə kömək edəcək.
KONKRET.az xəbər verir ki, bunu News.am-ın müxbiri ilə söhbətində hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Ovik Ağazaryan deyib.
O qeyd edib ki, tıxacları nəzərə alsaq, yaxın gələcəkdə İrəvanda velosiped sürmək çox vacib olacaq.
Son zamanlar Zəngəzur (Sünik) icmalarının başçılarına qarşı məhkəmə prosesinin başlanmasına gəlincə, Ağazaryan qeyd edib ki, hüquqi proses gedir:
“Əgər siyasi xadim qanundan yan keçibsə və ona qarşı hüquqi proses başlayıbsa, o, özünü qorumaq üçün deyir: “Mən o gün belə fikir söyləmişəm, ona görə təqib olunuram. Amma bu yanlışdır. Ona görə də prosesə, hüquqi proseslərə ehtiyacımız var”, – deyə deputat yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az