Sərxoş kürəkən iki qardaşı bıçaqladı – TƏFƏRRÜAT / YENİLƏNİBbackend

Sərxoş kürəkən iki qardaşı bıçaqladı - TƏFƏRRÜAT / YENİLƏNİB

Tovuzda iki qardaşın bıçaqlanmasının  təfərruatları məlum olub.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisəni Cəfərovlar ailəsinin kürəkəni Zəlimxan adlı şəxs törədib.

Hadisə qardaşlardan birinin övladının dünyaya gəlməsi  ilə bağlı keçirilən qonaqlıqda qeydə alınıb. Məclisə qonaq gələn Zəlimxan adlı şəxs qardaşlarla mübahisə edib. Davadan  sonra Cəfərovların kürəkəni  Zəlimxan hər iki qardaşı bıçaqlayıb.

Qeyd edək k, cinayəti törədən kürəkən  hadisəni törədən vaxt sərxoş olub.

21:41

Tovuzda iki qardaş bıçaqlanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində  keçirlən qonaqlıqda qeydə alınıb. Belə ki, kənd sakinləri  iki qardaş  Gündüz və İsrail Cəfərov qardaşları yaxını tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hər iki qardaş İsrailin övladı üçün keçirilən şənlikdə bıçaqlanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*