backend

Övladları siqaret çəkən valideynlər həbs və ya cərimə edilə bilər

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı inzibati cəza növləri hökumətdə artıq müzakirə edilib. Söhbət belə övladları olan valideynlərə xəbərdarlıq edilməsindən, onların cərimə, hətta həbs olunmasından gedir.

“İnzibati Qanun Pozuntuları Kodeksi”nə yeni redaksiyanın daxil edilməsi ideyası Qanun Pozuntularının Profilaktikası üzrə Hökumət Komissiyasının iclasının protokolunda qeyd edilib. Sənəd komissiyanın başçısı Vladimir Kolokoltsev tərəfindən imzalanıb.

Yeniliklər 2021-ci ildə qüvvəyə minə bilər.

Bu gün Rusiyada yeniyetmələrin 10 faizi siqaret çəkir. Dövlət Dumasına problemin həlli üçün 2009-cu və 2014-cü illərdə analoji qanun layihələri təqdim edilib. Amma qanun layihələri hökumətin dəstəyini qazanmayıb. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*