
Monqolustandan Özbəkistana daha çox ət tədarük ediləcək.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Monqolustandan ət məhsullarının ixracını artırmaq, həmçinin Özbəkistandan Monqolustana tədarük olunan kənd təsərrüfatı məhsullarının həcmini artırmaq barədə iki ölkə arasında razılıq əldə olunub.
Xatırladaq ki, Özbəkistanın xarici ticarət tərəfdaşları arasında birinci yeri Rusiya tutur. 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 7 milyard dollara çatıb.
KONKRET.az