Özbəkistan LGBT təbliğatını QADAĞAN EDİRbackend

Özbəkistan LGBT təbliğatını QADAĞAN EDİR

Özbəkistanda informasiya sahəsində 8 qanun bir hüquqi sənəddə birləşdirilib və İnformasiya Məcəlləsi hazırlanıb.

KONKRET.az “Sputnik-Uzbekistan”a istinadən xəbər verir ki, məcəllənin layihəsi artıq 50 nazirlik və idarə tərəfindən təsdiqlənib.

Məcəllə 131 maddədən ibarətdir və bir sıra yeni anlayışları ehtiva edir.

Məsələn, 54-cü maddədə deyilir ki, media azadlığından sui-istifadə qadağandır.

Sənədə əsasən, KİV-də pornoqrafiyanın, eyni cinsin nümayəndələri arasında qeyri-təbii münasibətlərin təbliğinə yol verilmir.

Həmçinin, Özbəkistanın mövcud konstitusiya quruluşunun və ərazi bütövlüyünün zorakılıqla dəyişdirilməsinə çağırışlar da qadağandır.

Qeyd edək ki, məcəllənin müzakirəsi dekabrın 29-dək davam edəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*