Özbəkistan məscidlərində Qurban bayramı namazı qılınmayacaq – SƏBƏBbackend

Özbəkistan məscidlərində Qurban bayramı namazı qılınmayacaq - SƏBƏB

Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazının qılınması mərasimi keçirilməyəcək. Bundan başqa, kollektiv şəkildə cümə namazının qılınması da müvəqqəti olaraq dayandırılıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası fətva verib.

Bildirilib ki, cümə namazı istisna olmaqla, kollektiv namazlar sanitar qaydalara və sosial məsafəyə əməl edilməklə məscidlərin həyətlərində açıq havada qılına bilər. Məscidlərdə görüşərkən əl sıxmaq və qucaqlaşmaq da qadağan olunub.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində ölkədə 501 yoluxma halı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*