Özbəkistan Putinin təklif etdiyi “üçtərəfli ittifaq”a qoşulmaqdan İMTİNA ETDİbackend

Özbəkistan Putinin təklif etdiyi “üçtərəfli ittifaq”a qoşulmaqdan İMTİNA ETDİ

Özbəkistan Putinin təklif etdiyi “qaz ittifaqı”na qoşulmaqdan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” Özbəkistanın Baş nazirinin müavini Jurabek Mirzəmahmudova istinadla məlumat yayıb.

“Başqa ölkədən qaz idxal ediriksə, biz yalnız kommersiya alqı-satqı müqaviləsi əsasında əməkdaşlıq edirik.

Biz heç vaxt qaz müqabilində siyasi şərtlərlə razılaşmayacağıq. Bir sözlə, bizə təklif olunan qaz müqaviləsini yalnız onunla razılaşsaq alacağıq, əks halda almayacağıq”, – Mirzəmahmudov deyib.

Xatırladaq ki, Putin noyabrda Rusiya, Özbəkistan və Qazaxıstandan ibarət “üçtərəfli ittifaqı” yaratmaq barədə müzakirələr apardıqlarını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*