Özbəkistan qızıl alışında dünya lideri oldu.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, apreldə dünyanın mərkəzi bankları qızıl ehtiyatlarını 19,4 ton artırıb.
Belə ki, ay ərzində Özbəkistan Mərkəzi Bankı (8,7 ton) birinci yerdə, Türkiyə (5,6 ton) ikinci yerdə, Qazaxıstan (5,3 ton) üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, birinci rübdə qiymətli metalların ixracına görə Özbəkistan Qazaxıstandan sonra ikinci yerdədir.
Natiq Səlim,
KONKRET.az