Qazaxıstan senarisi Özbəkistanda təkrarlana bilərmi?: Bu halda Çin və Türkiyə hansı addımı atacaq? – ŞƏRHbackend

Qazaxıstan senarisi Özbəkistanda təkrarlana bilərmi?: Bu halda Çin və Türkiyə hansı addımı atacaq? - ŞƏRH

Qazaxıstanda baş verən proseslərdən sonra həm regionda, həm də dünyada Rusiya və ya KTMT təhdidinin olacağı ilə bağlı fikirlər səsləndirilməkdədir. Hətta KTMT-yə üzv olan dövlətlərin başçılarının onlayn iclası zamanı Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən sətiraltı şəkildə növbəti hədəfin Özbəkistan olaraq göstərilməsi və Rusiya Dövlət Dumasının deputatı Kalaşnikovin buna bənzər açıqla verməsi, məsələnin daha da gərginləşməsinə səbəb oldu.

İndi hamını bir sual düşündürür: Doğurdanmı KTMT-nin növbəti hədəfi Özbəkistandır  və ya bu bir hibrid müharibəsidirmi? əgər Özbəkistan KTMT üzvü deyilsə, bu halda təşkilat ora necə müdaxilə edə bilər? Qərb ölkələri, Çin və Türkiyə bu məsələdə Rusiya ilə hansı formada davranacaq? Əgər KTMT Özbəkistana müdaxilə etmək istəsə, bu nə dərəcədə uğurlu olacaq? Türkiyə Özbəkistana hansı dəstəyi verə bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətovun sözlərinə görə, Qazaxıstandan fərqli olaraq Özbəkistanda etnik mənşə etibarı ilə daha çox özbəklər yaşayır. Yəni rusmənşəli vətəndaşlar elə də çox deyil: “Bu da ölkədə sabitliyi pozmaq istəyən qüvvələr üçün əlverişli hesab edilmir. Digər tərəfdən Şövkət Mirzəyevin gəlişindən sonra idarəetmədə islahatlar aparıldı. İslam Kərimovdan qalma rusmeyilli kadrların bəziləri hakimiyyətdən uzaqlaşdırıldı. Orduda ciddi nizam-intizam formalaşdırıldı. Hətta Özbəkistan Türkiyədən PUA-ların alışını da həyata keçirdi. Digər tərəfdən Özbəkistan 30 milyondan çox əhalisi olan dövlətdir və Mərkəzi Asiyanın ən böyük bazalarından biri hesab edilir. Eyni zamanda Özbəkistanda milli kimlik məsələsi Qazaxıstana nisbətən daha yüksək görünür. Əlbəttə ki, Rusiya üçün Mərkəzi Asiyanı və digər postsovet ölkələrini öz təsir dairəsinə salmaq böyük arzudur. Amma bu arzunun reallaşmasının qeyr-mümkünlüyü  Rusiyanın özü tərəfindən də başa düşülür”.

Samir Hümbətov: Ermənistanın danışıqlardan çəkilməkdə məqsədi nədir? - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Politoloq əlavə edib ki, bu gün regionda baş verənləri hibrid müharibəsinin tərkib hissəsi kimi də qəbul etmək olar: “Burada önəmli məqam ondan ibarətdir ki, Türkiyənin Qazaxıstanda olduğu kimi, Özbəkistan məsələsində sakit dayanacağı və prosesləri kənardan seyr edəcəyi gözlənilən deyil. Təbii ki, proseslərə ciddi müdaxilə edəcəyi hər kəsə aydındır. Eyni zamanda Özbəkistanda dini faktor da Qazaxıstana nisbətən daha yüksəkdir və Əfqanıstanla həmsərhəd olması ölkədə dini qruplaşmaların aktivliyini bir az daha artırmaqdadır. Xüsusilə də Fərqanə vadisində belə qruplaşmaların ciddi təsir imkanları mövcuddur. Hesab edirəm ki, əgər KTMT Özbəkistanda hər hansı məsələyə müdaxilə edərsə, bu, təşkilat üçün böyük yanlışlıq olar. Hətta demək olar ki, KTMT-nin gələcək mövcudluğu da sual altına düşə bilər”.

Samir Hümbətovun sözlərinə görə, Çinin 2013- cü ildən başlayaraq reallaşdırmağa çalışdığı “Bir Kəmər, Bir Yol” layihəsi Özbəkistan ərazisindən keçir: “Çin son illərdə Özbəkistana 30 milyard dollara qədər investisiya qoyub və kredit verib. Ona görə də hesab edirəm ki, Çin üçün də Özbəkistana müdaxilənin xoş olacağı inandırıcı görünmür”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*