Özbəkistanda böhtana görə cəza yüngülləşdiriləcəkbackend

Özbəkistanda böhtana görə cəza yüngülləşdiriləcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Respublikada böhtana görə cəzanın yüngülləşdirilməsi və təhqirin cinayətdən inzibati xətalar kateqoriyasına keçirilməsinə dair qanun hazırlanıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, prezident Şavkat Mirziyoyevin adından hazırlanan sənəd qanun layihələri portalında yayımlanıb.

Qanun layihəsi Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi tərəfindən hazırlanıb. Layihəyə götə, böhtana görə cərimə və ya 300 saatdan 360 saata qədər icma xidməti tətbiq ediləcək.

Təhlükəli residivist tərəfindən törədilən, eləcə də muzdlu və ya başqa səbəblərdən törədilmiş ağır nəticələrə səbəb olan böhtana görə cərimə və ya 300 saatdan 360 saata qədər məcburi icma xidməti nəzərdə tutulur.

Qanun layihəsinə uyğun olaraq təhqirlər (maddə 140) Cinayət Məcəlləsindən İnzibati Məsuliyyət Məcəlləsinə keçir. Bu cinayətə görə cərimə və ya 2 ildən 3 ilə qədər islah işləri nəzərdə tutulur. Əvvəllər, təhqirə görə bir ilədək həbs və ya həbs cəzası verilirdi.

Tacikistanda 2012-ci ildə prezidentin təşəbbüsü ilə böhtan cinayət hesab edilmir. Bununla bağlı ölkənin Cinayət Məcəlləsinin 135 və 136-cı maddələri ləğv edilib. Bu müddəalar ölkənin Mülki Məcəlləsinə daxil ediləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*