Özbəkistanda ermənilərin törətdiyi dəhşətli cinayətlərlə bağlı gənclərə çağırış edildi – FOTOLARbackend

Özbəkistanda ermənilərin törətdiyi dəhşətli cinayətlərlə bağlı gənclərə çağırış edildi - FOTOLAR

Özbəkistanın Əndican şəhərində özbək gənclərinin qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva işğalçı Ermənistanın törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verib. Milli Məclisin xanım deputatı qardaş Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qənirə Paşayeva.Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını söyləyən müəllif deyib: “Məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə etməsinə nail olmaqdır”.

Q.Paşayeva eyni zamanda ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb, “Ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdiyi faciələri hər bir insan yaxşı bilməlidir və gənc nəsilə tariximizi yaxşı öyrətməliyik” – deyib.

Millət vəkili Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışıb, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. O, qardaş Özbəkistanın Türk Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda bu amilin yeni imkanlar yaradacağını söyləyib.

Qeyd edək ki, Özbəkistanın Əndican şəhərindəki Mədəniyyət Sarayında bu ölkənin Yazıçılar İttifaqının Əndican filialı, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə tədbir və Milli Məclisin deputatı Qənirə Paşayevanın Özbəkistanda çap edilən kitabının təqdimatı keçirilib.

İldırım Musayev

Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*