Özbəkistana şaxtalar gəldikdən sonra gecə işıqları və reklam monitorları söndürülüb, yanacaqdoldurma məntəqələrinin iş saatları sutkada altı saata endirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Energetika Nazirliyi sahibkarları elektrik enerjisindən maksimum qənaətlə istifadə etməyə, zərurət olmadığı hallarda isə elektrik cihazlarını şəbəkədən ayırmağa çağırıb. Bu, soyuq hava səbəbindən ehtiyacı xeyli artmış elektrik enerjisinə qənaət edəcəkdir. Energetika Nazirliyi ölkə ərazisində enerji resurslarından səmərəli istifadəni təmin etmək məqsədilə reydlər keçirir.
Qeyd edək ki, dekabrın 12-dən etibarən yanacaqdoldurma məntəqələri bir neçə gün yalnız səhər saat 06:00-dan 12:00-a kimi işləyəcək. Buna səbəb havanın temperaturunun kəskin azalmasıdır. Çünki havanın soyuması qaz təzyiqi getdkcə azalır.
Yeri gəlmişkən, dekabrın 1-dən Özbəkistanın enerji sistemi fasiləsiz iş rejminə keçib.
Rəsmiyyə Şərifova,
KONKRET.az