Süni intellektin tətbiqi ilə əlaqədar Özbəkistan hökuməti bu ilin noyabrın 1-dək 2 mindən çox dövlət qulluqçusunu ixtisar edəcək.
KONKRET.az xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin imzaladığı “Rəqəmsallaşmanın geniş tətbiqi yolu ilə dövlət hakimiyyətinin icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrin sayının optimallaşdırılması tədbirləri haqqında” fərman bunu diktə edir.
Məlumata göər, yaxın vaxtlarda ölkənin icra hakimiyyətində 2141 vəzifəli ixtisar ediləcək.
Ən böyük dəyişikliklərin Özbəkistanın Vergi Komitəsinə və Su Təsərrüfatı Nazirliyinə təsir edəcəyi gözlənilir.
Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Ekologiya Nazirliyində də ixtisarlar olacaq.
Eyni zamanda, Özbəkistan Həmkarlar İttifaqları Federasiyası və Məşğulluq Nazirliyindən ixtisar edilən məmurlara köməklik göstərilməsi tələb olunacaq.