Özbəkistanda toyların vahid bir senari üzrə keçirilməsi təklif edildibackend

Özbəkistanda toyların vahid bir senari üzrə keçirilməsi təklif edildi

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan mədəniyyət nazirinin müavini Kamola Akilova toy və şənliklər üçün milli dəyərləri və müasir aspektləri özündə cəmləşdirən standart ssenarilərin hazırlanmasını təklif edib.

“Əsas problem nədir? Birincisi, tarixin və milli dəyərlərin qorunması. İkincisi, müasir dövrlə ayaqlaşmaq. Sənətçiləri dəvət edərkən nələrə diqqət yetirmək lazımdır? Məsələn, prezident muğamların toylarda səslənməsini təklif etdi (Özbəkistanın professional şifahi musiqi janrı). Eyni zamanda, elm adamlarını cəlb etmək və toy ənənələri ilə bağlı araşdırmalar aparmaq, gözəl toyların necə keçirilə biləcəyini göstərmək lazımdır”, – deyə Kamola Akilova məsələyə münasibət bildirib.

Sentyabrın 14-də Özbəkistan Ali Məclisinin Senatı və Qanunverici Palatasının birgə iclasında toy, ailə, yubiley təntənələri, ailəvi dəfn mərasimləri və tədbirlərinin keçirilməsi qaydaları haqqında Əsasnaməni təsdiq edilib. Parlament tərəfindən təsdiqlənən proseduraya əsasən, cənazə mərasimi istisna olmaqla, ailə tədbirləri yalnız bir gün səhər saat 06:00-dan axşam saat 23:00-dək olan müddətdə keçirilməlidir. Yerli şəraitdən asılı olaraq xalq deputatlarının şəhər və rayon məclis üzvləri plovun verilməsinin vaxtını ayrıca təyin edə bilərlər. Saat 23:00-dan sonra ailə tədbirlərinə icazə verilmir.

Ailə şənliklərində 200 nəfər, plov məclisində isə 250 nəfər, bəy və gəlinin birgə toyunda 250 nəfər iştirak edə bilər, onların plov məclisinə 300 nəfər qatıla bilər.

Mərhumun xatirəsinə həsr olunmuş tədbirlər məhdudiyyətsiz sayda vətəndaşın iştirakı ilə üç gündən çox olmaya bilər.

Toyu aparan şəxslər tədbirdən ən azı bir həftə əvvəl vətəndaşların yaşayış yerindəki özünüidarəetmə orqanına məlumat verməlidirlər.

Toylarda, o cümlədən dövlət nikah qeydiyyatı mərasimində iştirak etmək, həmçinin gəlin və kürəkənin toy salonuna gəlişi və getməsində üçdən çox avtomobilin istifadəsinə icazə verilmir. Yeni sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Toy qaydalarını pozduğuna görə cərimə 2,2 milyondan 11,1 milyon sumadək (230-1170 dollar) ola bilər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*