Özbəkistandan Azərbaycan vətəndaşlarına JESTbackend

Özbəkistandan Azərbaycan vətəndaşlarına JEST

Özbəkistan Azərbaycan, eləcə də, Rusiya və Qazaxıstan vətəndaşlarına daxili sənəddən istifadə etməklə respublika ərazisinə daxil olmaq imkanının yaradılmasını təklif edəcək.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şövkət Mirziyayev müvafiq fərman verib.

Fərmana əsasən, üç ay müddətində danışıqlara başlanmalı və onların nəticələrinə əsasən, daxili sənəd və ya şəxsiyyət vəsiqəsi ilə Azərbaycan, Qazaxıstan və Rusiya vətəndaşları üçün 30 günədək müddətə Özbəkistanın ərazisinə giriş rejiminin tətbiqi barədə təkliflər verilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*