Pakistan mətbuatı Ermənistanı İFŞA ETDİbackend

Pakistan mətbuatı Ermənistanı İFŞA ETDİ

Pakistanın “Dispatch News Desk” xəbər agentliyində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in bəyanatına şərhi yayımlanıb.

KONKRET.az xəbər verir ki, məqalədə yaşanan son gərginliyin səbəbinin məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atması olduğu, eləcə də 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insidentin məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsi olduğu vurğulanıb.

Həmçinin bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrasının vacib olduğu bildirilib və Azərbaycanın öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyi və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*