Türkiyə Xarici İşlər Nazirliyi Pakistan və Əfqanıstan arasında aparılan danışıqların nəticələri ilə bağlı bəyanat yayıb.
KONKRET.az-ın xəbərinə görə, bəyanatda qeyd olunur ki, 25–30 oktyabr 2025-ci il tarixlərində İstanbulda Əfqanıstan, Pakistan, Türkiyə və Qətər nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib. Danışıqların məqsədi 18–19 oktyabrda Dohada Türkiyə və Qətərin vasitəçiliyi ilə əldə olunan atəşkəs rejimini möhkəmləndirmək olub.
Məlumata görə, tərəflər atəşkəsin davam etdirilməsi barədə razılığa gəliblər. Atəşkəsin həyata keçirilməsi ilə bağlı əlavə mexanizmlər 6 noyabr 2025-ci ildə İstanbulda keçiriləcək növbəti yüksək səviyyəli görüşdə müzakirə ediləcək.
Sənəddə həmçinin qeyd olunur ki, tərəflər atəşkəsin pozulmasına görə məsuliyyət daşıyacaq mexanizm və monitorinq sistemi yaratmaq barədə razılığa gəliblər.
Türkiyə və Qətər tərəflərin konstruktiv iştirakına görə minnətdarlıq bildirərək, bölgədə dayanıqlı sülh və sabitliyin təmin olunması üçün əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.
Müşviq Tofiqoğlu
KONKRET.az

