Bu gün Pakistanın şimal-qərbində kamikadze hücumu nəticəsində 13 əsgər həlak olub, 29 nəfər, o cümlədən mülki şəxslər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli hökumət rəsmiləri və polis məmurları AFP-yə məlumat verib.
“Bir kamikadze partlayıcı yüklü avtomobili hərbi karvana çırpıb. Partlayış nəticəsində 13 əsgər həlak olub, 10 ordu əməkdaşı və 19 mülki şəxs yaralanıb”, – adının çəkilməsini istəməyən hökumət rəsmisi qeyd edib.
Bildirilib ki, partlayış həm də iki evin damının uçmasına səbəb olub, altı uşaq yaralanıb.