Pakistanın Kabildəki səfirliyinə silahlı hücum: Yaralanan varbackend

Pakistanın Kabildəki səfirliyinə silahlı hücum: Yaralanan var

Pakistanın Kabildəki səfirliyinə silahlı hücum edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif tviter hesabında etdiyi paylaşımda hücumu pisləyib və hadisənin təcili araşdırılmasını tələb edib.

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, hücumda səfirliyin müvəqqəti işlər vəkili Ubeyd ur Rahman Nizamani hədəf alınıb.

Məlumata görə, silahlı şəxslər səfirə bir neçə dəfə atəş açıb, bundan sonra hadisə yerindən qaçıblar. Diplomatı qoruyan səfirliyin mühafizəçisi Sepoy İsrar Məhəmməd üç güllə yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Taliban” müvəqqəti hökuməti hücumu pisləyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*