“Palmali Holding”dən AÇIQLAMA – “Xəbər əsassızdır”backend

“Palmali Holding”dən AÇIQLAMA - "Xəbər əsassızdır"

“Palmali Holding” müflis elan edilməsiylə bağlı bəzi saytlarda yayılan məlumatlara aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, holdinqin mətbuat katibi Fidan Quliyeva sosial şəbəkədəki açıqlamasında bildirib ki, müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır:

“Belə qeyri-ciddi məlumatı yayan saytlar “Palmali” şirkətinin mövqeyini heç öyrənməyə cəhd etməyiblər. Bu da onların qeyri-peşəkarlığını və xəbərin sifarişli olmasını göstərir. Bunu tam məsuliyyəti və ciddiliyi ilə bildirirəm. Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq”.

Türkiyədə fəaliyyət göstərən “Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov bu il martın 17-də həbs olunub. O, FETÖ terror təşkilatı ilə əlaqədə olmaq iddiası ilə həbsə salınıb.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*