Pambıq və ya fırça ilə dırnağa çəkin – göbələyin kökünü kəsirbackend

Pambıq və ya fırça ilə dırnağa çəkin - göbələyin kökünü kəsir

Dırnaq göbələyi həm estetik, həm də sağlamlıq baxımından narahatlıq yaradan problemdir. Son araşdırmalar göstərir ki, kəklikotu yağının antifungal (göbələk əleyhinə) xüsusiyyətləri sayəsində bu problemin qarşısını ala bilər.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, kəklikotu yağının tərkibindəki timol və karvakrol maddələri göbələk hüceyrələrinin çoxalmasını ləngidir və infeksiyanın yayılmasını azaldır.

Kəklikotu yağı birbaşa dəriyə tətbiq edilməməlidir. Onu zeytun yağı, badam yağı və ya hindqozu yağı kimi daşıyıcı yağlarla qarışdırmaq lazımdır.

Hazırlanmış qarışım pambıq və ya kiçik fırça vasitəsilə göbələk olan dırnağa çəkilə bilər.

Mütəxəssislər gündəlik istifadənin 2-3 həftə davam etdirilməsini tövsiyə edirlər. Lakin qızartı, qaşınma və ya yanma hissi yaranarsa, istifadə dərhal dayandırılmalı və dermatoloqa müraciət edilməlidir.

Hamilə qadınlar, əmizdirən analar və uşaqlar üçün istifadədən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

İrəliləmiş hallarda yalnız kəklikotu yağı ilə müalicə kifayət etmir, antifungal dərman müalicəsi tələb oluna bilər.

Kəklikoyu yağı dırnaq göbələyinə qarşı təbii və dəstəkçi vasitə kimi istifadə oluna bilər. Lakin bu üsul möcüzəvi nəticə vəd etmir – davamlı qulluq, şəxsi gigiyena və düzgün ayaqqabı seçimi ilə birlikdə tətbiq edildikdə daha effektiv olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*