“Pandemiya qadınlara daha çox zərər verib” – ÜST baş direktorubackend

"Pandemiya qadınlara daha çox zərər verib" - ÜST-ün baş direktoru

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qadınların pandemiyadan daha çox zərər gördüyünü bildirib.

KONKRET.az xəbər verir ki, o, pandemiya dövründə qadınların kişilərdən daha çox iş yerlərindən məhrum olduqlarını söyləyib.

“Bir çox hallarda COVID-19 pandemiyasından qeyri-proporsional olaraq qadınlar zərər görüblər. Qadınlara qarşı zorakılığının dəhşətli dərəcədə artmasının, cinsiyyət və reproduksiya ilə əlaqəli səhiyyə xidmətlərinə çıxışın azalmasının şahidi olduq”.

Onun sözlərinə görə, qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından əlavə yük düşüb. ÜST rəhbəri qeyd edib ki, qlobal pandemiyanın nəticələri daha çox qadınlara təsir edib.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*