“Pandemiya sonrası dünya”nın lider ölkələrinin adı açıqlandıbackend

"Pandemiya sonrası dünya"nın lider ölkələrinin adı açıqlandı

2021-ci ildə dünya ölkələri koronavirus pandemiyasının yaratdığı böhrandan sonra iqtisadiyyatlarını sürətlə bərpa edəcək. Lakin bəzi ölkələr, o cümlədən Rusiya da “post-pandemiya dünyasının liderlərindən” olan ABŞ və Çindən geri qala bilər.

KONKRET.az xəbər verir ki, “Bloomberg Economics”in yazdığına görə, bu, əhalinin COVID-19-a qarşı aşılanma sürəti və sərt pul siyasətindən irəli gəlir.

Mütəxəssislər, ümumiyyətlə, dünya iqtisadiyyatının rekord sürətlə bərpa olunacağını və böyüməsinin yarım əsrdən çox bir müddətdə rekord həddə – yüzdə 6,9-a çatacağını proqnozlaşdırırlar. Eyni zamanda, 2008-ci il  krizindən fərqli olaraq, bu bərpa müxtəlif aşılama dərəcələri və dövlətlərin fərqli maliyyə siyasətləri səbəbindən birtərəfli ola bilər.

Əsas lider isə ABŞ olacaq. Fransa, Almaniya, İtaliya, İngiltərə və Yaponiya kimi ölkələrin iqtisadiyyatları da inkşafa davam edəcək. İnkişaf etməkdə olan ölkələr arasında COVID-19 epidemiyasını məğlub edə bilən Çin hamıdan öndə olacaq. Braziliya, Hindistan və Rusiya isə “açıq şəkildə yol verəcəklər”. Bu, böyük ölçüdə ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsini nə qədər tez aşılamağı bacardığından asılıdır. Bloomberg mütəxəssislərinin fikrincə, ABŞ-da əhalinin dörddə biri peyvənd olunur, Avropa Birliyində bu rəqəm hələ yüzdə 10-a, Meksika, Braziliya və Rusiyada yüzdə 6-ya çatmır.

Bir çox ölkənin ABŞ və Çindən geri qalmağa başlamasının ikinci səbəbi fərqli maliyyə siyasətləridir. JPMorgan Chase-in baş iqtisadçısı Bruce Kasmana görə, 2020-ci ildə Türkiyə, Braziliya Rusiya daxil olmaqla əksər mərkəzi banklar pandemiyanın yaratdığı böhrana faizləri endirməklə cavab verdilər, lakin indi inflyasiyanın sürətlənməsindən qorxaraq pul siyasətini sərtləşdirməyə başladılar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*