Papa: “Belə davam etsək, yenə dünya daşqını olacaq”backend

Papa: "Belə davam etsək, yenə dünya daşqını olacaq"

Katolik kilsəsinin lideri papa Françesko iqlim dəyişikliyi böhranını İncildə təsvir olunan” Nuh tufanı” ilə müqayisə edib.

KONKRET.az  BBC Türkcə-yə istinadən bildirir ki, bundan əvvəl dəfələrlə iqlim dəyişikliyi ilə mübarizənin aktuallığına diqqət çəkən Papa bu bənzətməni qarşıdakı həftədə nəşr olunacaq kitab üçün verdiyi müsahibədə bildirib.

İtalyanın katolik din xadimi Marko Pozzanın qələmə aldığı “Qüsurlar və fəzilətlər” (Dei vizi e delle virtù) kitabının bəzi hissələri İtaliyanın “Corriere della Sera” qəzetində dərc olunub.

Adı çəkilən qəzetin bu gün yayılan nüsxəsinin ilk səhifəsində “Papadan çağırış: İqlimə münasibətimizi dəyişməsək, daşqın olacaq” başlığı ilə yazı dərc olunub. Yazıda Papanın aşağıdakı sözləri qeydə alınıb:

“İncil tufanın tanrının qəzəbinin nəticəsi olduğunu deyir. Mütəxəssislərin fikrincə, bu, İncildə bir mifdir. Ancaq miflər eyni zamanda anlayışın bir növüdür. Arxeoloqlarda tədqiqatlar zamanı sel izləri tapdıqları üçün bu tufanın tarixi bir hadisə olduğunu deyir. Bu, bəlkə də istiləşmənin artması və buzların əriməsindən sonra yaranan bir sel idi. Əgər bu yolda davam etsək, hadisə yenidən təkrarlanacaq”.

Papa Françesko daha əvvəl də iqlim böhranının qlobal bir fövqəladə vəziyyət olduğunu və fəlakətin qarşısını almaq üçün tədbirlər görülməsinin vacib olduğu haqda mesajlarını vermişdi. Onun 2015-ci ildə nəşr olunan “Laudato Si” adlı dərgiyə verdiyi iqlim dəyişikliyinin ağır ekoloji, sosial, iqtisadi və siyasi nəticələri haqda rəyləri diqqət çəkmişdi.

Bir mətbuat konfransında isə “siyasi məmurların iqlim dəyişikliyi ilə əlaqədar tədbirləri niyə təxirə saldıqları” haqda sual verildikdə isə Papa demişdi: “Bu zaman ağlıma bir keçmiş məsəl gəlir: İnsan axmaq, kor və inadkardır. Eyni çuxura iki dəfə yıxılan yeganə heyvan insandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*