Paralimpiyaçılarımız qış idman növləri üzrə Dünya çempionatında iştirak edəcəklərbackend

Paralimpiyaçılarımız qış idman növləri üzrə Dünya çempionatında iştirak edəcəklər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasov (dağ xizəyi) baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 23 yanvar 2022-ci il tarixlərində Norveçin Lillehammer şəhərində keçiriləcək Dünya çempionatında iştirak edəcəklər.

Komitədən KONKRET.az-a verilən məlumata görə, yarış Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak üçün lisenziya xalı qazandırır.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları 04-13 mart 2021-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*