Paris-2024: İspaniya millisinin 39 yaşlı basketbolçusu zədələndibackend

Paris-2024: İspaniya millisinin 39 yaşlı basketbolçusu zədələndi

İspaniya millisinin basketbolçusu Rudi Fernandes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında zədələnib.

KONKRET.az xəbər verir ki, 39 yaşlı oyunçu A qrupunun II turunda Yunanıstan seçməsinə qarşı keçirdikləri matçda sıradan çıxıb.

Təcrübəli idmançı qarşılaşma vaxtı komanda yoldaşı ilə toqquşub. O, daha sonra həkimlərin köməyi ilə meydandan çıxarılıb.

Qeyd edək ki, görüş İspaniyanın qələbəsi ilə yekunlaşıb – 84:77. Paris-2024 avqustun 11-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*