Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.
KONKRET.az-ın məlumatına görə, idmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulla üzmədə çıxış edib.
O, finişə 58.16 saniyəyə çatıb.
Saley 13 iştirakçı arasında ikinci olub. İlk 8 yeri tutan paraüzgüçü həlledici raundda mübarizə aparacaq.
Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paris-2024 sentyabrın 8-də başa çatacaq.