İdmanda qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan amerikalı üzgüçü Rayli Qeyns BOK-un gender testindən keçə bilməyən əlcəzairli İman Xelif və tayvanlı Lin Yutinqin boks üzrə Olimpiya turnirində iştirakına icazə verməsi qərarını kəskin tənqid edib.
KONKRET.az həmin etirazı bildirən mətni təqdim edir:
“Sanki açılış mərasimindəki şeytani nümayiş yetərli deyildi. Olimpiada qadınları huşunu itirmək niyyəti ilə üzünə yumruq atan kişiləri tərifləyir. İman Xelif Olimpiadada qadınlarla döyüşən iki kişi boksçudan biridir”.
Qeyd edək ki, 2023-cü ildə Hindistanda keçirilən Dünya Çempionatında hər iki “qız” cinsi müəyyənləşdirmə testindən keçə bilməyib (onlarda XY xromosomları olduğu sübut olunub) və buna görə yarışdan diskvalifikasiya edilib. Nəticədə Lin 57 kq-a qədər çəki dərəcəsində bürünc medalı itirib.
Öz növbəsində, Olimpiya yayım xidmətinin baş direktoru Yiannis Exarxos narahatlığını ifadə edərək vurğulayıb ki, kamera operatorlarının hələ də Oyunlarda qadın və kişiləri fərqli şəkildə göstərməsindən narahatdır.
“Təəssüf ki, bəzi tədbirlərdə qadınları fərqli formada lentə alırlar. Qadın idmançıların əndamları qabardılır, cinsiyyətçilik özünü qabarıq şəkildə nümayiş etdirir. Qadın idmançılar olimpiadada daha cəlbedici, seksual bir varlıq kimi iştirak etmirlər. Onlar elit idmançı olduqları üçün oradadırlar”.
Beynəlxalq idman strukturları Fransada oğurluq və soyğunçuluq hallarının həddən ziyadə çox olmasından narahatdır. Olimpiadanın ilk günlərində ayrı-ayrı idmançıların qiymətli əşyaları oğurlanıb, azarkeşlər arasında soyğunçuluq və təcavüz halları artıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az