Parisdə Azərbaycan səfirliyinə hücum edən erməniyə ağır cəza – Apellyasiya Məhkəməsi hökmü sərtləşdirdibackend

Parisdə Azərbaycan səfirliyinə hücum edən erməniyə ağır cəza – Apellyasiya Məhkəməsi hökmü sərtləşdirdi

Fransanın paytaxtında Azərbaycan səfirliyinə edilən hücumla bağlı diqqətçəkən məhkəmə qərarı verilib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi erməni radikal hərəkatı “Charjoum”un üzvü Loris Tufanyana verilmiş cəzanı daha da sərtləşdirib.

2022-ci ilin sentyabrında Fransada Azərbaycan səfirliyinə hücum edən Loris Tufanyan daha əvvəl birinci instansiya məhkəməsi tərəfindən 6 ay şərti azadlıqdan məhrumetmə cəzası almışdı. Lakin apellyasiya instansiyası onun cəzasını 12 ay şərti həbsə qədər artırıb. Bununla yanaşı, Tufanyana 5 il müddətinə silah saxlamaq və gəzdirmək qadağan olunub.

Məhkəmə həmçinin müəyyən edib ki, Loris Tufanyan təkcə diplomatik obyektə hücum etməyib, eyni zamanda ictimai istifadə üçün nəzərdə tutulan əmlakı qəsdən və qrup halında zədələyib. Bu isə cinayət tərkibində ağırlaşdırıcı hal kimi dəyərləndirilib və hökmə əlavə olunub.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında Fransada fəaliyyət göstərən azərbaycanofob erməni qruplar Azərbaycan səfirliyinə qarşı hücum təşkil etmiş, binaya ciddi ziyan dəymişdi. Bu hadisə Fransadakı diplomatik nümayəndəliklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*