Parisdə Milad işıqları fransızları QƏZƏBLƏNDİRDİbackend

Parisdə Milad işıqları fransızları QƏZƏBLƏNDİRDİ

Paris Bələdiyyəsi Fransada enerjiyə qənaətlə bağlı müzakirələrə baxmayaraq, şəhərin məşhur Yelisey küçəsini Milad işıqları ilə bəzəyib. 

KONKRET.azTRT Haber”ə istinadən xəbər verir ki, dəbdəbəli mağazaları ilə məşhur olan Yelisey çöllərinin Milad işıqları ilə bəzədilməsi müzakirələrə səbəb olub.

Məlumata görə, tək bir küçəni işıqlandırmaq üçün 1 milyon avro xərclənəcək.

Rəsmilər isə işıqlandırmanın enerjiyə qənaət planına uyğun olduğunu iddia edir. Bildirilib ki, axşam saat 17:00-da yandırılan işıqlar saat 02:00-da yox, 23:45-də sönür.

Qeyd edək ki, Fransada enerjiyə qənaətlə bağlı küçə lampalarının sayı azaldılıb. Luvr muzeyi və Eyfel qülləsi kimi Parisin simvolik binalarının işıqlandırılmasına da vaxt məhdudiyyəti qoyulub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*