Parkda qayçı ilə gənc oğlanın çənəsi niyə kəsilib? – TƏFƏRRÜATbackend

Parkda qayçı ilə gənc oğlanın çənəsi niyə kəsilib? - TƏFƏRRÜAT

Şəki Ağır Cinayətlər Məhkəməsində Balakəndə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Elnur Qazaxovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd: Hadisə ötən il iyulun 7-i saat 22:30-da Balakən şəhər ərazisindəki Heydər Əliyev parkında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Qazaxov Elnur Elman oğlu aralarında baş verən mübahisə nəticəsində qayçı ilə gənc oğlan Novruzov Yusif Araz oğlunu vurub. Döş qəfəsindən yaralanan gənc dərhal xəstəxanaya yerləşdirilib.

İttihama görə, Elnur Qazaxovun istirahət parkında piyada gəzərkən quraşdırılmış köşkün yanında dayanmış zərərçəkmiş Yusif Novruzov ilə toqquşub. Həmin vaxt aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, üzərində gəzdirdiyi qayçını Yusifin çənəsinin alt hissəsinə sıxaraq kəsib. Daha sonra Elnur həmin qayçı ilə zərərçəkmiş şəxsin döş qəfəsinə bir dəfə qəsdən zərbə vuraraq xəsarət yetirib.

Məhkəmədə Elnur Qazaxov ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*