Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatırbackend

Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır

Gələn həftə siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

KONKRET.az xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

Bu il aprelin 1-i şənbə gününə təsadüf etdiyi üçün partiyalar illik maliyyə hesabatlarını martın 31-dək MSK-ya təqdim etməlidirlər.

MSK-nın rəsmi saytına əsasən, indiyədək heç bir siyasi partiya illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə quruma təqdim etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*