Paşinyan ağır hərbi texnikanın böyük partiyasını Qarabağdan çıxarmağı əmr edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Qarabağdakı mənbəmizdən öyrəndik ki, Paşinyan Qarabağdan ağır texnikanın böyük partiyasını çıxarmağı tapşırıb. Bir sözlə, Qarabağ tərksilah edilir.
Bu alçaldıcı addım Paşinyanı xilas edəcək və Laçın dəhlizi bağlanacaq”, – deyə qəzet yazıb.
Xuraman Etibarlı,
KONKRET.az