backend

Paşinyan: "Azərbaycanla düşmənçiliyə son qoymaq istəyirik"

Ermənistanın Baş naziri Nikol Paşinyan əsirlərin geri qaytarılması və itkinlərin axtarışı ilə bağlı problemləri həll etmək üçün ölkədəki çəkişmələrə son qoyulmasına çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Paşinyan özünün facebook səhifəsində yazıb. Paşinyan deyir ki: “Vəziyyəti gərginləşdirməməli, tədricən sabitləşdirməliyik. İndi ən vacib məsələ itkin düşən və potensial olaraq saxlanılan əsir problemidir”.

Ermənistan hökuməti başçısının sözlərinə görə, “Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa, əsirləri uzun müddət geri qaytara bilməyəcəyik. Problemin həlli yalnız barış halında sürətləndiriləcək. Hamı bunu başa düşərsə, yaxşı olar”.

KONKRET.az

  • Çingiz Rzayev
    Noyabr 29, 2020 - 18:23

    1990-cı illərdə ermənilər qarabağ bölgəsindəki torpaq iddiasına düşməsəydilər, Azərbaycanlı qadınları və uşaqları vəhşicəsinə öldürməsəydilər, Xocalıda soyqırımnı törətməsəydilər, vəziyyət indi tamamilə fərqli olardı. Qarabağda ermənilər və Azərbaycanlılar mehriban yaşayırdılar. İndiyədək Yerevan-Bakı-Moskva qatarı işləyirdi.
    Bakı-ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri Nabukko və s. Ermənistandan keçirdi.Qarabağa Azərbaycan daxilində yüksək status verilə bilərdi. Ermənistanın Azərbaycan və Türkiyə ilə sıx iqtisadi əlaqələri olacaqdı və Ermənistan inkişaf etmiş ölkələr səviyyəsində olacaqdı. Ermənistan və Azərbaycan Avropa Birliyinin və NATO-nun üzvü olacaqdı. Xüsusilə Ermənistanın sərhədlərini dövlətçiliyini Rusya qorumuyacaqdı. Ermənistan Rusiyanın oyununa gəldi. Rusya isə Qafqazdakı siysətini yerinə yetirə bildi.Ermənistan müstəqilliyini tam qazana bilmədi, bölgədə çox zəif Ölkə vəziyyətinə düşdü. Görəsən hər şey yenidən başlaya bilərmi?

Çingiz Rzayev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*