Paşinyan Bakı ilə sənədin imzalanmasını böyük uğur adlandırıbbackend

Paşinyan Bakı ilə sənədin imzalanmasını böyük uğur adlandırıb

“Bakı ilə İrəvan arasında sərhədin bir hissəsinin delimitasiyasına dair protokolun imzalanması böyük uğurdur”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Protokolun Ermənistan və Azərbaycan komissiyaları tərəfindən imzalanmasını böyük uğur hesab edirəm. İlk dəfədir ki, delimitasiya olunmuş sərhədimiz var. Bu, suverenliyimizin təməl daşıdır. Bu, o həm də o deməkdir ki, təhlükəsizlik səviyyəsi artacaq”, – Paşinyan hökumətin iclasında delimitasiyanın SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il topoqrafik xəritəsinə uyğun aparılmasının vacibliyini qeyd edib.

“Bu, eskalasiya və hərbi münaqişələrin ehtimalını əhəmiyyətli dərəcədə azaldır”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir və təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”.

Paşinyan bu prosesə görə baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*